Bütün bonus kartlarınız bir Cüzdanda. Daha sərfəli təkliflər bir axtarışda.

Kassada kartınızı tez açın, alışdan əvvəl keşbek və endirimləri müqayisə edin.

Bonus və ailə kartlarının nümunəsi
Təklif axtarPulsuz Cüzdan yarat

Təkliflərə pulsuz baxın. Cüzdan üçün qeydiyyatdan keçin.

Ödəniş qəbul etmirik.

Cashback.az telefonda

Saytı əsas ekrana əlavə edin, Cüzdanı bir toxunuşla açın.

Bir yerdə

Sizə uyğun yolu seçin

Təklifə banka, xərcə və ya faydaya görə keçin.

Bankınıza görə

İstifadə etdiyiniz bankın aktual təkliflərini görün.

Bankları aç →

Üç addımda daha sərfəli ödəniş

Mağazanı yazın

Harada xərcləyəcəyinizi qeyd edin.

Təklifi seçin

Faizi, limiti və şərtləri müqayisə edin.

Uyğun kartla ödəyin

Ödənişi bankın şərtlərinə uyğun edin.

Tez-tez verilən suallar

Cüzdan, təkliflər və ailə paylaşımı haqqında.

Cashback.az nə üçündür?

Bonus kartlarını bir Cüzdanda saxlamağa, keşbek və endirim təkliflərini tapmağa kömək edir. Ödəniş qəbul etmirik.

Bonus kartını necə əlavə edib kassada aça bilərəm?

Qeydiyyatdan sonra Cüzdanda kart əlavə edin. Kartın ştrixkodunu kamerayla oxuda, şəkildən əlavə edə və ya əl ilə daxil edə bilərsiniz. Kassada kartı açıb ştrixkodu göstərin.

Süni intellekt təklifləri necə seçir?

Süni intellekt rəsmi mənbələrdən təkliflərin toplanmasına kömək edir. Cüzdanda kartı açanda seçdiyiniz banklara uyğun təkliflər göstərilir. Kartınızın uyğunluğunu, limiti və son şərtləri bankda yoxlayın; ən yüksək keşbekə zəmanət verilmir.

Ailə üzvünə hansı kartları göstərirəm?

Dəvəti qəbul edən ailə üzvü paylaşdığınız bonus kartlarını öz Cüzdanında Ailə nişanı ilə görür. Profilim bölməsində hər üzvün girişini ayrıca dayandıra bilərsiniz.

Cüzdandan istifadə edəndə bal qazanıram?

Bəli. İlk şəxsi bonus kartını əlavə etdikdə bir dəfə 10 bal, öz kartınızın ştrixkodunu açdıqda həmin kart üçün gündə bir dəfə 1 bal qazanırsınız. Gündə ən çox 3 açılış balı, həftədə cəmi 30 bal hesablanır. Ailə kartlarına bal verilmir. Bal pul və ya keşbek deyil; alışın baş verdiyini təsdiqləmir.

Qeydiyyat və bank kartı məlumatları lazımdır?

Cüzdan və ailə paylaşımı üçün qeydiyyat lazımdır. Bank kartının nömrəsi, CVV və PIN istəmirik; uyğun təklifləri göstərmək üçün istifadə etdiyiniz bankları seçə bilərsiniz.

WhatsApp kanalına keç