Məxfilik
Hansı məlumat saxlanılır?
Keşbek axtarışından hesab açmadan istifadə etmək olar. “Kartlarım” bölməsi üçün hesab yaratdıqda email ünvanınız saxlanılır.
Loyallıq kartları
Əlavə etdiyiniz bonus, endirim və üzvlük kartlarının adı, nömrəsi, kodu, qeydi və seçdiyiniz şəkillər yalnız hesabınıza bağlı saxlanılır. Şəkil cihazınızda avtomatik sıxılır; orijinal fayl serverə göndərilmir.
Bank ödəniş kartını, CVV/CVC kodunu, PIN-i, parolu və şəxsiyyət sənədini əlavə etməyin.
Məlumatın qorunması
Kart şəkilləri açıq internetdə yayımlanmır. Giriş və məlumat saxlama Supabase üzərindən həyata keçirilir; hər hesab yalnız öz kartlarına çıxış əldə edir.
Axtarış sorğuları
Nəticə tapılmayan sorğu mətnini, neçə dəfə axtarıldığını və tarixləri bazanı yaxşılaşdırmaq üçün saxlaya bilərik.
Sui-istifadədən qorunma
Gündəlik limiti tətbiq etmək üçün IP ünvanı məxfi açarla geri çevrilməyən hash şəklinə salınır. Xam IP bu məqsədlə bazada saxlanılmır.
Xarici keçidlər
Bank və brend saytlarına keçidlər Cashback.az mənbəyini göstərən anonim UTM işarələri daşıyır. Xarici saytların öz məxfilik qaydaları qüvvədədir.
Silinmə və əlaqə
Kartı “Kartlarım” bölməsindən silə bilərsiniz. Hesab və məxfilik sualları üçün cashback@banks.az ünvanına yazın.