Ağıllı keşbek axtarışı

Ödənişdən əvvəl ən sərfəli təklifi tapın

Mağazanı, bankı və ya xərcinizi yazın. Faizi, limiti və vacib şərtləri bir baxışda müqayisə edin.

Banklardan seçilmiş təkliflər

Hər bankdan yalnız bir nümunə göstərilir.

Kartlarım

Bonus kartlarınız kassada həmişə əlinizin altında olsun

Ayrı-ayrı tətbiqlərdə kart axtarmayın. Bonus və endirim kartlarınızı bir hesabda saxlayın, kassada lazım olan kartı tez açın.

Rahat əlavə edinŞəkildən, kameradan və ya nömrəni yazaraq.

Tez tapınÇox istifadə etdiyiniz kartlar önə çıxır.

Kassada göstərinKartın ştrixkodunu telefonda bir toxunuşla açın.

cashback.azKartlarım

Kassada lazım olan kartı seçin

BirBonus
Bravo Club
Ozio
Sərfəli bank kartıNümunə: mağaza — Bravo

Bu mağazada daha sərfəli seçim

BirbankQR ilə ödəniş zamanı
5%-dək keşbek

Cashback.az ödəniş qəbul etmir — yalnız hansı bank kartının daha sərfəli ola biləcəyini göstərir.

Kassada kartı aç →

Kart üzrə keşbek tapın

Şirkəti seçin və onun kart təkliflərinə baxın.

Hamısına bax →

Xərc kateqoriyasına görə tapın

Ödəniş edəcəyiniz sahəni seçin və uyğun təklifləri müqayisə edin.

Düzgün keşbeki necə seçmək olar?

Axtarışdan ödənişə qədər dörd sadə addım.

Yazın

Mağaza, bank, brend və ya xərc növünü daxil edin.

Müqayisə edin

Sizə uyğun təklifləri faizinə və kartına görə sıralayın.

Limiti yoxlayın

Minimum alışa, aylıq limitə və bitmə tarixinə baxın.

Uyğun kartla ödəyin

Şərtlərə əməl edin və ala biləcəyiniz keşbeki qaçırmayın.

Suallar və qısa cavablar

Ödənişdən əvvəl bilməli olduğunuz əsas məqamlar.

Ən sərfəli təklifi necə seçim?

Faizi xərcləyəcəyiniz məbləğlə hesablayın. Sonra aylıq limiti, minimum alışı, bitmə tarixini və tələb olunan ödəniş üsulunu yoxlayın.

Bank kartı olmadan endirim ola bilər?

Bəli. Brend endirimi birbaşa verə bilər. Kart tələb olunmursa, təklifdə “Nağd” və ya “Bütün ödənişlər” göstərilir.

Endirim, promo kod və keşbek birlikdə işləyir?

Bu, kampaniyanın şərtindən asılıdır. Birlikdə istifadə açıq göstərilməyibsə, onları avtomatik toplamaq olmaz.

Məlumatların doğru olduğunu necə yoxlayım?

Hər təklifdə yenilənmə tarixi və bankın və ya brendin rəsmi səhifəsinə keçid var. Ödənişdən əvvəl son şərti həmin mənbədə yoxlayın.

Ağıllı axtarış necə işləyir?

Mağaza, bank, brend və xərc kateqoriyasını anlayaraq bazadakı uyğun təklifləri sıralayır. Tapılmayan sorğunu sonrakı yoxlama üçün yadda saxlayır.

Black Friday və digər kampaniyaları tapa bilərəm?

Bəli. Brendin adını və ya kampaniyanı axtarın. Yalnız aktiv təkliflər bitmə tarixi və ödəniş şərti ilə göstərilir.

Məlumatlar nə vaxt yenilənir?

Bank, neobank və fintech mənbələri ayın 1-də, mağazaların ümumi kampaniyaları ayın 1-də və 15-də yoxlanılır. Vaxtı bitmiş təkliflər hər gün avtomatik arxivlənir.

WhatsApp kanalına keç